AZ

SENSASİYA: Sabiq prezident Həsən Ruhani Xameneini devirmək istəyib…

İranın sabiq prezidenti Həsən Ruhaninin ofisi Fransanın Le Figaro qəzetində dərc olunan məlumatı təkzib edib. Ofisin yaydığı açıqlamada bildirilib ki, Ruhaninin yanvar etirazları zamanı ali lider Ayətullah Əli Xameneini devirməyə cəhd göstərməsi ilə bağlı iddialar “yalan, uydurma və ABŞ ilə İsrail mənbələrinin psixoloji əməliyyatının bir hissəsidir”.

Qeyd edək ki, Le Figaro qəzeti mənbələrə istinadən yazıb ki, İranda yanvar ayında baş verən etirazların qızğın çağında Əli Xameneinin devrilməsi cəhdinə hazırlıq aparılıb. İddialara görə, təşəbbüs yanvarın 7-dən 8-nə keçən gecə — etirazların pik həddə çatmasından bir gün əvvəl formalaşdırılıb və plana sabiq prezident Həsən Ruhani rəhbərlik edib.

KONKRET.az xəbər verir ki, nəşrin məlumatına əsasən, cəhd Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani tərəfindən dəstək verilmədiyi üçün baş tutmayıb. Həmçinin iddia olunur ki, məlumatın sızmasının qarşısını almaq məqsədilə ölkə prezidenti Məsud Pezeşkian müzakirələrdən kənarda saxlanılıb.

Mənbələrin bildirdiyinə görə, hadisə üzə çıxdıqdan sonra Ruhani və sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif bir neçə gün ev dustaqlığında saxlanılıb, onlarla əlaqəli bəzi islahatçı funksionerlər isə həbs edilib.

Ruhaninin ofisi isə bu iddiaların əsassız olduğunu və reallığı əks etdirmədiyini vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
16
konkret.az

1Mənbələr