AZ

Ramazan ayında kimlər oruc tuta bilər?

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Oruc əsasən yetkin şəxslər üçün nəzərdə tutulub”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

O qeyd edib ki, uşaqlar isə hələ inkişaf mərhələsində olduqları üçün daha çox enerji və kalori tələb edirlər:

“Məktəb yaşındakı uşaqlar dərslərinə fokuslanmalı, idman və digər fəaliyyətlərlə məşğul olmalıdırlar. Enerji çatışmazlığı onların diqqətini zəiflədə, dərslərə konsentrasiyasını azalda və gündəlik fəaliyyətlərini çətinləşdirə bilər.

Buna görə də peşəkar baxımdan uşaqlara oruc tutmağı tövsiyə etmək düzgün olmaz. Orucun mənasını və qaydalarını tam anlayan, bədən və psixoloji olaraq yetkinləşmiş şəxslər üçün oruc daha uyğun və faydalıdır”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr