
Luvr Muzeyinin direktoru Lorans de Kar Fransa Prezidenti Emmanuel Makrona istefa ərizəsi təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi Yelisey Sarayına istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Fransa Prezidenti istefanı qəbul edib.
De Kar Luvr Muzeyinin direktoru vəzifəsini tutan ilk qadın olub. O, bu vəzifəyə 2021-ci ildə təyin edilib.
Agentlik onun yerinə kimin gələcəyini dəqiqləşdirməyib.
De Karın istefası Luvr Muzeyində baş verən yüksək səviyyəli soyğundan sonra baş verib: 19 oktyabrda oğrular cəmi dörd dəqiqə ərzində 8482 brilyant, 35 zümrüd, 34 sapfir və 212 mirvari oğurlayıblar. Oğurlanmış əşyaların dəyəri 88 milyon avro qiymətləndirilib.
Muzey direktoru dərhal istefa ərizəsini mədəniyyət naziri Raçida Datiyə təqdim edib, lakin o, bunu rədd edib.
Hadisə ilə bağlı dörd şübhəli həbs edilib. Oğurlanmış zinət əşyaları hələ də tapılmayıb,