AZ

Gün gələcək, "Qarabağ" onları çırpacaq...

style='margin-bottom:10px;'>

"Qarabağ"ın "Nyukasl"la səfər oyunu çox möhtəşəm keçdi. Uduzsaq da Qurbanovun ayğır atları sonadək ingilislərə master klass göstərdi.

Qəm eləməyə dəyməz. Uduza-uduza böyüyürük. Bir gürcü filmi var, təəssüf ki, adı yadımda deyil. İki nəfər bir qzı sevir, biri pəhləvan cüssəlidi, o biri isə mənim kimi cılız. Pəhləvan cüssəli mənim kimi cılızı harda tutursa döyür. Axırda cılız o qədər məşq edir ki, pəhləvan cüssəlini eşşək sudan gəlincə döyür. Pəhləvan cüssəli qaçıb canını qurtarmaq istəyir.

İndi "Qarabağ" da gün gələcək dəyəri milyard dollarlıq olan klubları o gürcü filmindəki mənim kimi cılız oğlan kimi çırpacaq.

Və "Nyukasl"la oyunda 3:2 məğlub olsa da  Avropaya, eləcə də dünyaya göstərdi ki, Azərbaycanda da futbol var və "Qarabağ" kimi bir komanda var.

Uğurlar, "Qarabağ"!

Aqil Abbas

Seçilən
1
teleqraf.com

1Mənbələr