Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.
Dünyanın bir çox ölkəsi "Avroviziya" təmsilçisinin adını açıqlasa da, Azərbaycandan müsabiqəyə kimin gedəcəyi hələ bəlli deyil.
Axşam.az bununla bağlı "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova ilə əlaqə saxlayıb. O bildirib ki, artıq iştirakçı seçimində son mərhələdir:
"Hazırda 3 güclü ifaçı və mahnı var. Bunun üzərində seçim aparılır. Sonuncu iclas sabah olacaq. Onda təmsilçimizin kim olacağını biləcəyik. Mediaya isə bunun gələn həftə açıqlanması gözlənilir. Gecikməyə səbəb "Focus Group"un rəylərini almaq idi. Bunu toplamaq zaman aldı. Qrupa xaricdən olan nümayəndələr, bəstəkarlar, prodüserlər, səhnə tərtibatçıları, prodüserlər, söz yazarları daxildir. Hamının fikri bir olmalıdır. Eyni zamanda hər 3 mahnı və ifaçı güclü olduğu üçün qərar vermək çətin idi".
Xatırladaq ki, artıq bir neçə ildir yarışmada ölkəmizi bəy ifaçılar təmsil edir. Sosial mediada yayılan iddialara görə bu il yarışmaya xanım müğənni göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya təmsilçisi "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.