AZ

Şirvanda yanıq xəsarətləri alan şəxs Bakıda xəstəxanada ölüb - Yenilənib 

Şirvanda 2 gün əvvəl ağır yanıq xəsarətləri alaraq komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilən 49 yaşlı şəxs ölüb...

APA- nın Mil-Muğan bürosunun məlumatına görə, fevralın 23-də səhər saatlarında Şirvan sakini, 1977-ci il təvəllüdlü Məhərrəm Abdullayev bədənin termiki yanığı xəsarətləri ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan pasiyent sonradan paytaxtda yerləşən xəstəxanaya təxliyə edilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Şirvan sakini ağır yanıq xəsarətləri alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1977-ci il təvəllüdlü Abdullayev Məhərrəm Elyas oğlu bədənin termik yanığı xəsarətləri ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
15
5
poliqon.info

10Mənbələr