AZ

Polşa prezidentinin ofisindən 141 min dollar oğurlandı

Polşa Prezidenti Karol Navrotskinin ofisindəki kassadan 500 min zlotidən (təxminən 141 min dollar - red.) artıq məbləğdə pul oğurlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" məlumat yayıb.
 
Prokuror Pyotr Skiban mediaya bildirib ki, ilk şahidlər artıq dindirilib: "Dəymiş ziyanın dəqiq məbləği və zərərçəkənlərin sayı müəyyənləşdirilir".
 
O, istintaq sirrini əsas gətirərək hadisənin təfərrüatını açıqlamayıb.
 
Məlumata görə, hadisədə Prezident Administrasiyasının bir neçə əməkdaşının iştirakı da ehtimal olunur.
 
Seçilən
23
moderator.az

1Mənbələr