AZ

Geosiyasi gərginliklər fonunda əlvan metallar bahalaşır

Bakı. Trend:

Dünyada yaşanan geosiyasi gərginliklər fonunda qızıl bahalaşmağadavam edir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, COMEX birjasında Bakı vaxtı ilə 14:40-aolan vəziyyətə görə aprel ayı üzrə füçers qiyməti 0,4 faizbahalaşaraq bir unsiya üçün 5,198 dollar (təx.8,836 AZN) təşkiledib.

Digər yandan gümüş üzrə füçerslər də 3,5 faiz bahalaşaraq, birunsiya üçün $90,575 (təx. 153,977 AZN) olub.

İran ətrafında olan gərginlik qoruyucu aktiv qismində əlvanmetallara tələbi əhəmiyyətli dərəcədə artırıb.

ABŞ prezidenti Donald Tramp Konqresə müraciətində bildirib ki,İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək, hərçənd oməsələnin hərbi güc tətbiq olunmadan həllinə üstünlük verdiyinibildirib. Bununla yanaşı, ABŞ Yaxın Şərq regionda böyük hərbiqüvvələr cəmləşdirib və ekspertlər İrana zərbə endirilməsininqaçılmaz ola biləcəyindən ehtiyat edirlər.

JPMorgan analitiklərinin proqnozlarına görə, 2026-cı ilinsonunadək qızılın qiyməti bir unsiya üçün 6300 dollara çatabilər.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr