Yenicag.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “A-dan Z-yə internet: media üçün praktik təlim”də çıxışı zamanı deyib.
Jurnalist müəyyən mövzu üzrə yazarkən həmin sahənin terminologiyasını, əsas aktorlarını, ekspertlərini və müvafiq dövlət qurumlarının səlahiyyətlərini bilməlidir. Bu, problemlərin mahiyyətini düzgün anlamağa və vətəndaş müraciətlərini peşəkar şəkildə təhlil etməyə imkan verir.