AZ

Niderland və İran arasında diplomatik GƏRGİNLİK: Səfir nazirliyə ÇAĞIRILDI

Niderland diplomatik baqajın müsadirə edilməsinə görə İran səfirini XİN-ə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyi məlumat yayıb.

Niderlandın xarici siyasət idarəsi İran hakimiyyətinin Tehrandakı hava limanında niderlandlı diplomata məxsus diplomatik baqajı müsadirə etməsi ilə əlaqədar İranın bu ölkədəki səfirini nazirliyə çağırıb.

Niderland XİN-in bəyanatında bildirilir ki, yanvarın 28-də İran tərəfi Tehrandakı hava limanında niderlandlı diplomatı öz diplomatik baqajını təhvil verməyə məcbur edərək diplomatik insidentə səbəb olub. Rəsmi Haaqa bu addımı “qəbuledilməz” adlandırıb. Nazirlikdən verilən məlumata görə, İran tərəfi insidentin videogörüntülərini internetdə yayımladıqdan sonra səfirin XİN-ə çağırılması qərara alınıb.

Niderland tərəfi artıq bir neçə dəfə İrana müraciət edərək müsadirə olunmuş malların dərhal geri qaytarılmasını tələb edib, lakin hələlik bu istiqamətdə müsbət nəticə əldə olunmayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr