AZ

​Mehdiyevin məclisində kimlər iştirak etmişdi -

Hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Metbuat.az xəbər verir ki, Mehdiyevlə bağlı saxlanılan şəxslərin sırasının genişlənməsi 2020-ci ilin avqustunda keçirilən səs-küylü toy mərasimini yenidən gündəmə gətirib. Qeyd edək ki, 18 avqust 2020-ci ildə Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy etmişdi. Bağ evində keçirilən mərasimə yalnız qohumlar və ailənin yaxın dostları qatılmışdı. O vaxt mətbuat qonaqların sırasının rəngarəng olduğuna dair xəbərlər tirajlamışdı. Məlumatlara görə, ailənin sevincinə şərik çıxanlar arasında Ombudsman Səbinə Əliyeva və həyat yoldaşı, Milli Məclisin deputatı Siyavuş Novruzov da olub. Cütlüyün məclisdə iştirakını Siyavuş Novruzov özü o vaxt mətbuata açıqlamasında təsdiqləmişdi. Fotoda: Səbinə Əliyeva və həyat yoldaşı Siyavuş NovruzovYerli mətbuat mərasimdə bir neçə sabiq məmurun iştirak etdiyini vurğulamışdı. Bu sırada Bakı Metropoliteninin sabiq rəisi mərhum Tağıl Əhmədovun və xanımının da adı hallanırdı. Əhmədovların qonaqlar arasında olması sonradan öz təsdiqini tapdı. Fotoda: Tağıl ƏhmədovBəylə gəlni təbrik etməyə gələn qonaqlar arasında sabiq deputat Aqiyə Naxçıvanlı və sabiq rektor Gülçöhrə Məmmədova da olmuşdu. Hər iki xanımım məclisdə iştirakını təsdiqləyən fotolar mövcuddur. Fotoda: Gülçöhrə MəmmədovaMəlumatlara görə, toya dəvət alıb orada iştirak edənlərdən biri də sabiq baş prokuror Zakir Qaralov olub. Həmçinin AMEA-nın sabiq vitse-prezidenti Rasim Əliquliyev, sabiq deputat, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov və keçmiş təhsil naziri Misir Mərdanov da dəvətlilər arasında idi. Fotoda: Misir MərdanovQonaqların arasında bəzi məşhurlar da olub. Bu sırada Azərbaycan Dövlət Filarmoniyasının sabiq direktoru, Xalq artisti Murad Adıgözəlzadənin və həyat yoldaşı müğənni Aysel Teymurzadənin də adlarını çəkə bilərik. Hətta o vaxt Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev toy görüntülərinin yayılmasına görə müğənni Aysel Teymurzadəni ittiham etmişdi. O, Ayseli toydan müxalifət saytlarına görüntülər ötürməkdə suçlamışdı. Fotoda: Murad Adıgözəlzadə və həyat yoldaşı müğənni Aysel Teymurzadə
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı həmin vaxt ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağan idi.

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
12
metbuat.az

1Mənbələr