AZ

İran Trampı Gebbelsə bənzətdi: Şeytani dezinformasiya…

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamalarını tənqid edib.

Publika.az İran mediasına istinadən xəbər verir ki, Bəqayi Trampı yalanları təkrarlamaqda günahlandırıb.

O, Nasist Partiyasının lideri və Adolf Hitlerin ən yaxın silahdaşı, təşviqat naziri olmuş Yozef Gebbelsin "Yalan iddianı doğru görünənə qədər təkrarlayın" sözlərini xatırladıb:

"Peşəkar yalançılar yalan reallığı yaratmaqda xüsusi təcrübəyə malikdirlər. Bu qayda bu gün ABŞ hökuməti və onun müharibə qızışdırıcıları, xüsusən də İsrail tərəfindən İran xalqına qarşı şeytani dezinformasiya kampaniyasında sistematik şəkildə istifadə olunur. İranın nüvə proqramı, qitələrarası ballistik raketlər və yanvar hadisələrində ölənlərin sayı ilə bağlı irəli sürülən iddialar böyük yalanların təkrarlanmasından başqa bir şey deyil. Heç kim bu cür yalanlara aldanmamalıdır".

Seçilən
19
publika.az

1Mənbələr