AZ

Tehranın İrəvan üzərindən Trampa sərt xəbərdarlığı: O zaman ağır itkilər verəcək

İrana qarşı hərbi təcavüz yenidən başlayarsa, istənilən düşmən ağır itki ilə üzləşəcək.

Ölkə.az xəbər verir ki, bunu İranın Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə  deyib.

İranla Ermənistanın dərin tarixi əlaqələrə malik olduğunu deyən general-mayor Musəvi bildirib ki, Tehran Ermənistanla  hərbi əməkdaşlığı genişləndirməyə hazırdır.
İranlı komandan regiondan kənar güclərin mövcudluğunu regional dövlətlərin maraqlarına zidd və qeyri-sabitlik və təhlükəsizlik mənbəyi kimi xarakterizə etdi.
Dünyanın təkqütblü nizamdan və birtərəflilikdən uzaqlaşdığını bildirən Musəvi əlavə edib ki, ABŞ bu dəyişikliyi qəbul etmək istəmir və təkqütblü sistemdən kənara çıxmağın qaçılmazlığına baxmayaraq, qanunsuz tədbirlərlə öz dominantlığını tətbiq etməyə çalışır. Komandan əlavə edib ki, İran heç vaxt müharibəyə başlamayıb və əvvəllər eskalasiyanın qarşısını almağa və itkiləri məhdudlaşdırmağa çalışıb, lakin ABŞ-ın hərəkətləri yanaşmanın dəyişməsinə səbəb olub. O, xəbərdarlıq edib ki, səhv təkrarlanarsa, İran düşmənə ağır itkilər verəcək.
Papikyan isə öz  növbəsində  İranla hərbi texniki əməkdaşlıq və kadr hazırlığı da daxil olmaqla, müdafiənin müxtəlif sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
 

Mürtəza

Seçilən
10
1
olke.az

2Mənbələr