AZ

Novruz yaxınlaşır: Hotellərdə qiymətlər artacaq? – Ekspertdən açıqlama

Novruz bayramına sayılı günlər qalır və artıq bir çox vətəndaş bayram planlarını qurmağa başlayıb. Ənənəvi olaraq qeyri-iş günlərinin çoxluğu regionlara səfərlərin artmasına səbəb olur. Bayram ərəfəsində isə turizm sektorunda hərəkətlilik və qiymət dəyişiklikləri əsas müzakirə mövzusuna çevrilir. Bəs Novruzun yaxınlaşması hotellərdə qiymətlərə necə təsir edəcək?

Bununla bağlı Missiya.Az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, Ramazan ayında hotellərdə sıxlıq səviyyəsi yüksək olmur və xüsusilə xaricdən gələn turistlərin sayında azalma müşahidə edilir. Hazırda ölkəyə əsasən işgüzar məqsədlərlə səfər edən şəxslər üstünlük təşkil edir.

Ekspert qeyd edib ki, Novruz bayramı və bayramdan sonrakı günlərdə regionlarda hərəkətlilik artacaq:

"Qeyri-iş günlərinin çoxluğu daxili turizmi canlandıracaq, eyni zamanda xaricdən gələn qonaqların sayında da müəyyən artım gözlənilir. Tələbatın yüksəlməsi qiymətlərə də təsirsiz ötüşməyəcək və bayram müddətində hotellərdə qiymətlər hazırkı dövrlə müqayisədə fərqlənəcək".

Onun sözlərinə görə, ən çox üz tutulan istiqamətlər sırasında Quba, Qusar, Şamaxı, Lənkəran və Astara olacaq. Məhz bu bölgələrdə turist sayında artım proqnozlaşdırılır.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr