AZ

Zelenski: Rusiyanın siyasi təhdidləri siyasi oyundur

Ukrayna prezidenti Vladimir Zelenski son günlərdə Rusiya Federasiyası tərəfindən edilən nüvə təhdidlərini Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin üçtərəfli görüşü ərəfəsində siyasi təzyiq adlandırıb.

Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə Norveçin Baş naziri Yonas Qar Störe ilə birgə mətbuat konfransında bildirib.

“Mənə elə gəlir ki, onlar bu sözlərlə - 'nüvə silahları' ilə oynayanda həmişə təhlükəlidir. Və mən həqiqətən də digər ölkələrin buna reaksiya verməsini istərdim, digər nüvə gücləri, ilk növbədə ABŞ, düşünürəm ki, onlara müvafiq mesaj verə bilər”, - deyə Zelenski bildirib .

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
1
turkustan.az

2Mənbələr