Şəkidə iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Çeşməli kəndi ərazisində baş verib.
“VAZ-2106” markalı avtomobillə “KİA” markalı avtomobillər toqquşub. Bu zaman “VAZ-2106”nın sürücüsü, rayonun İbrahimkənd sakini İbrahim Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu