AZ

"Sakaryaspor" təcrübəli futbolçu ilə yollarını ayırdı

Trendyol 1-ci Liqa təmsilçisi "Sakaryaspor" təcrübəli sol cinah müdafiəçisi Caner Erkin ilə yollarını qarşılıqlı razılaşma əsasında ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədən klubun rəsmi saytı məlumat yayıb. 

“Futbolçumuz Caner Erkin ilə qarşılıqlı anlaşaraq yollarımızı ayırmışıq. Ona bundan sonrakı karyerasında uğurlar arzulayırıq.” - klubdan verilən rəsmi açıqlamada qeyd olunub

Qeyd edək ki, Caner Erkin bu mövsüm Sakaryaspor forması ilə 12 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
3
90deqiqe.az

1Mənbələr