BAKI, 25 fevral. TELEQRAF
Ermənistan müdafiə naziri Suren Papikyan fevralın 25-də Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə müdafiə naziri sosial mediada məlumat yayıb.
Görüşdə regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər, Ermənistan-İran ikitərəfli əməkdaşlığı və onun inkişaf perspektivləri müzakirə edilib. Ermənistan və İran ətrafındakı təhlükəsizlik durumuna da toxunulub.