AZ

I Liqa: "Şəfa" "Difai"nin "daşını daş üstə qoymadı", "Mingəçevir" evdə sevindi

Azərbaycan I Liqasında XVI tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

"Şəfa" "Difai" ilə səfər qarşılaşmasından 3 xalla dönüb. Elgiz Kərəmlinin baş məşqçisi olduğu paytaxt təmsilçisi böyük hesablı qələbə sayəsində liderliyini möhkəmləndirib.

Çempionluğa iddialı komandalardan olan və ötən gün lideri büdrətməyi bacaran "Mingəçevir" isə MOİK ilə dueldə inamlı qalibiyyət əldə edib. Ramiz Məmmədovun komandası bu qələbə sayəsində "Səbail"i sıxışdıraraq 3-cü yeri ələ keçirib. 

Nəhayət, Şamaxıda iki şimal təmsilçisi üz-üzə gəlib. "Zaqatala" ilə "Şahdağ Qusar"ın qarşılaşmasından ikincilər qalib ayrılıblar.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Şimal" "Cəbrayıl"ı 3:2 hesabı ilə yenib, "Səbail" - "Baku Sportinq" derbisində isə qalib müəyyənləşməyib (0:0).
 
Azərbaycan I Liqası
XVI tur
25 fevral

“Şahdağ Qusar” – “Zaqatala” 1:0
Qol
: A.Çipesse, 61.

“Difai” – “Şəfa” 1:8
Qollar
: R.Yaqubzadə, 89 - P.Azadov, 8; 46. E.Zamanov, 29-pen. N.Əliyev, 44. T.Quliyev, 50. A.Ebrahimzade, 60. H.Şirəliyev, 65-öz qapısına. A.Nəsibov, 86.

“Mingəçevir” – MOİK 2:0
Qollar
: B.Həziyev, 11. K.Kalunqa, 63.

Seçilən
15
1
fanat.az

3Mənbələr