AZ

Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub

Fevralın 25-də Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.

"Yeni Sabah" xəbər verir ki, görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. 

Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplomlarını təqdim edib, cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.

Mədəniyyət xadimləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda birgə foto çəkdirilib.

 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
1
2
yenisabah.az

10Mənbələr