AZ

Orban Macarıstanda enerji obyektlərinin mühafizəsinin gücləndirilməsinə göstəriş verib

Bakı. Trend:

Macarıstan enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsiüçün əlavə tədbirlər görəcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri ViktorOrban bildirib.

Orbanın sözlərinə görə, hökumət Ukraynanın enerji obyektlərininfəaliyyətini pozmağa cəhd edə biləcəyindən ehtiyat edir.

“Ölkəmizin həyati əhəmiyyətli enerji infrastrukturuobyektlərinin mühafizəsinin gücləndirilməsi barədə göstərişvermişəm”,- o, “Facebook” sosial şəbəkəsində yazıb.

Orban “Drujba” neft kəməri ilə tranzitin dayandırılmasına görəUkraynanı yenidən tənqid atəşinə tutub.

“Lakin onlar bununla kifayətlənməyəcəklər: Macarıstanın enerjisisteminin fəaliyyətini pozmaq məqsədilə digər addımlarhazırlayırlar”, - Macarıstanın Baş naziri bildirib.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr