Yeni araşdırmaya görə, narın yarpaqları və budaqlarında təbii bir birləşmə, transtitretin (TTR) amiloidozu ilə əlaqəli zərərli zülal yığıntılarını parçalaya bilir. Bu xəstəlik sinir sistemi və ürəyi təsir edir.
Redaktor.az xəbər verir ki, araşdırma Kumamoto Universiteti alimləri tərəfindən aparılıb və nəticələr "iScience" dərc olunub.
Transtitretin amiloidozu zamanı toxumalarda anormal zülal (amiloid) yığılır və bu periferik sinir sistemi, ürək, böyrəklər və digər orqanlara ziyan vurur. Xəstələr fiziki fəaliyyət zamanı nəfəs darlığı, başgicəllənmə, ürək çatışmazlığı və xroniki ağrı ilə üzləşə bilirlər.
Alimlər 1 500-dən çox bitki ekstraktını araşdıraraq xəstəliklə mübarizə aparmaq üçün yeni birləşmələr axtarıblar. Ən aktiv maddə narın tərkibində olan 1,2,3,4,6-penta-O-galloyl-β-D-qlükoza (PGG) müəyyən edilib. Laboratoriya təcrübələrində PGG həm mutant, həm də normal tip transtitretin amiloid liflərini parçalayır, digər zülallara təsir etmir.
Nemadlarda aparılan testlərdə PGG zülal yığıntılarının miqdarını azaltmış və orqanizmin ömrünü uzatmışdır. Həmçinin, PGG irsi transtitretin amiloidozu olan xəstələrin ürək toxumasından ayrılmış amiloid fibrilləri parçalayır ki, bu da onun kliniki potensialını göstərir.
Alimlər bildirirlər ki, PGG-nin fəaliyyəti onun struktur xüsusiyyətləri ilə bağlıdır: kimyəvi qrupların “budaqları” (galloyl qrupları) birləşmənin zərərli zülallarla möhkəm bağlanaraq onları parçalamağa imkan verir.
Müəlliflər vurğulayırlar ki, PGG-nin insanlarda istifadəsi üçün əlavə təhlükəsizlik və effektivlik tədqiqatları aparılmalıdır. Gələcəkdə isə bitki mənşəli molekullar yeni nəsil terapiyanın əsasını təşkil edə bilər və bu terapiya zülalları sadəcə sabitləşdirməyib, patogen zülal yığıntılarını aktiv şəkildə parçalaya bilər.
Nuriyyə NATİQQIZI