AZ

Azərbaycan klubları 1.6 milyon qazanacaq – “Qarabağ” sayəsində

Avropa milli liqalarının nümayəndələri hər mövsüm UEFA tərəfindən həmrəylik ödənişləri alırlar.

İdmanxeber.az-ın məlumatına görə, ötən mövsüm Azərbaycan Premyer Liqası klublarına ümumilikdə 800 min manata yaxın vəsait ödənilib. Cari mövsümdə isə bu məbləğ xeyli artacaq.

Buna səbəb “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışıdır. APL təmsilçiləri Ağdam təmsilçisi sayəsində 1 milyon 600 min manat alacaq.

Məbləğin yarısı martın ilk yarısında, qalan hissəsi isə mövsümün sonunda klubların hesabına köçürüləcək.

Seçilən
18
idmanxeber.az

1Mənbələr