Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil altı ədəd “F-22Raptor” (stealth) qırıcı təyyarəsindən ibarət qrup transatlantikuçuşdan sonra Böyük Britaniyadakı Leykenhit aviabazasına çatıb.Aviasiya resursu olan “Military Air Tracking Alliance (MATA)”nınməlumatına görə, bu təyyarələr regionda ABŞ qüvvələrininartırılması fonunda sonradan Yaxın Şərqə göndəriləcək.
Trend bu barədəxarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, onların ardınca fevralın 25-də daha altı beləqırıcının da Böyük Britaniyadakı aviabazaya göndərilməsigözlənilir. Bütün qırıcıların Atlantik okeanı üzərindən uçuşuABŞ-nin “KC-135 Stratotanker” yanacaqdaşıyan təyyarələrinin köməyiilə həyata keçirilib.
İsrail KİV yazır ki, bundan bir gün əvvəl 11 təyyarədən ibarətilk “F-22 Raptor” eskadrilyası İsrailə çatıb. İngiltərədən -müvəqqəti yerləşdirildikləri bazadan - uçuşdan sonra qırıcılarNegev səhrasında yerləşən Ovda aviabazasına eniş edib.