“Stress və ya depressiya vəziyyətində olan insan ya yeməkdən uzaqlaşır, ya da daha çox yeməyə meyilli olur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
O qeyd edib ki, bəzən insanlar qidalanmanı özlərinə mükafat kimi görür, çünki yemək beyində xoşbəxtlik hormonlarının səviyyəsini artırır:
“Xüsusilə sağlam qidalanmaya yeni başlayanlarda müəyyən dövrdə yağlı, qızardılmış və ya zərərli qidalara qarşı güclü istək yarana bilər ki, bu da emosional qidalanmanın əlamətidir. Əgər insan bu mərhələni idarə edə bilərsə və özünə məhdudiyyət qoymağı bacarırsa, artıq “ağıllı qidalanma” üsuluna keçmiş hesab olunur”.