BAKI,TurkicWorld, Orxan Qədirzadə
Ramazan ayı çərçivəsində Şimali Qəzzanın Həlava düşərgəsində uşaqlara humanitar dəstək göstərilib.
TurkicWorld xəbər verir ki, “Al Baraka Azerbaijan” könüllüləri “Qəzza – Ayaqqabı paylanması layihəsi № 921” çərçivəsində Şimali Qəzzada yerləşən Həlava düşərgəsində ehtiyaclı ailələrin uşaqlarına ayaqqabı paylayıb. Könüllülər aksiyanın Ramazan ayının mərhəmət və paylaşma ruhuna uyğun həyata keçirildiyini qeyd ediblər.
Məlumata görə, xeyriyyə təşəbbüsü çərçivəsində dəstək alan uşaqların sayının 60 olduğu vurğulanıb. Təşkilat layihənin icrasında xeyriyyəçilərin töhfəsini xüsusi qeyd edərək, dəstək göstərənlərə təşəkkürünü çatdırıb.
Qeyd edək ki, layihə humanitar yardım formatında həyata keçirilir və məqsəd müharibə şəraitində yaşayan ailələrin uşaqlarına gündəlik ehtiyacların təminində dəstək verməkdir.