AZ

Zərərçəkənlərin hər birinə 56 min dollar: Krans-Montanada yanğından sonra kompensasiya ödəniləcək

Bakı, 25 fevral, AZƏRTAC

İsveçrə hökuməti çərşənbə günü bəyan edib ki, Krans-Montana dağ-xizək kurortunda yerləşən barda baş vermiş yanğın nəticəsində ağır xəsarət alanlara və həlak olanların ailələrinə 50 min İsveçrə frankı (56 min ABŞ dolları) məbləğində birdəfəlik ödəniş ediləcək. Yanğın nəticəsində 41 nəfər həlak olub, 115 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, həmrəylik nümayişi kimi nəzərdə tutulan bu vəsait zərərçəkənlərə operativ maliyyə dəstəyi göstərmək məqsədi daşıyır və başsağlığı jestidir. Bu, İsveçrənin Federal Şurasının bəyanatında qeyd olunub.

“Federal Şura zərərçəkənlər və onların ailələri ilə birlikdə həqiqətin və ədalətin bərqərar olunmasına çalışır. Biz də nə baş verdiyini, bunun səbəblərini və belə hadisənin qarşısının necə alına biləcəyini bilmək istəyirik”, - deyə İsveçrə Prezidenti Gi Parmelen mətbuat konfransında bildirib.

“Reuters” agentliyi yazır ki, şahidlərin və prokurorların sözlərinə görə, yanğın, ehtimal ki, qığılcım saçan şamların barın zirzəmisinin tavanındakı səsizolyasiya üçün istifadə olunan penoplast materialını alışdırması nəticəsində başlayıb.

İsveçrə hakimiyyəti bildirib ki, həlak olanların əksəriyyəti yeniyetmədir, qurbanların çoxu isə əcnəbidir.

Seçilən
29
1
azertag.az

2Mənbələr