AZ

Azərbaycan millisi Moldovaya qalib gəldi

Azərbaycanın U-19 millisi bu gün Moldovada ilk yoxlama oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, komanda Moldova yığması ilə üz-üzə gəlib.

Vadul lui Voda şəhərindəki Texniki Mərkəzdə keçirilən görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın qollarını Nicat Nərimanov (61-ci dəqiqə) və İbrahim Babayev (82-ci dəqiqə) vurublar.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 27-də keçiriləcək.

Seçilən
5
3
redaktor.az

9Mənbələr