Süni intellekt texnologiyası sürətlə inkişaf etsə də, insan səviyyəsində şüur qazanması hələ də mümkün deyil. Tanınmış yazıçı və jurnalist Maykl Pollan “A World Appears” (“Dünya görünür”) adlı yeni kitabında qeyd edir ki, Süni intellekt çox şeyi edə bilər, lakin insan kimi düşünə və hiss edə bilməz.
Turkustan.az xəbər verir ki, Pollan kitabında Bleyk Lemoan hadisəsini xatırladır. “Google” şirkətinin mühəndisi və tədqiqatçısı Lemoan keçmişdə Süni intellekt sisteminin şüurlu olduğunu iddia etmişdi. Bu, geniş ictimaiyyətin diqqətini həmin mövzuya yönəltmişdi. Hadisə bir müddət mətbuatın gündəmində qaldı və həm kompüter alimləri, həm də şüur araşdırıcıları arasında bu mövzuda diskussiyaları başlanğıc nöqtəsi oldu.
Texnologiya cəmiyyəti bu ideyanı tez-tez gülünc hesab etsə də, daxili müzakirələrdə mövzu daha ciddi qəbul edilir. Mütəxəssislər bildirirlər ki, şüurlu Süni intellektin yaradılması kommersiya baxımından birbaşa mənfəət gətirməsə də, etik suallar doğura bilər. Məsələn, şüurlu bir maşını necə qiymətləndirmək, necə davranmaq lazımdır?
Bəzi mühəndislər hesab edir ki, müqəddəs məqsədə çatmaq üçün ümumi süni intellektə (AGI – Artificial General Intelligence) şüur elementləri lazım ola bilər. AGI yalnız yüksək intellekt və hesablama qabiliyyətinə malik olmaqla kifayətlənməyib, həm də insan səviyyəsində anlayış, yaradıcılıq və ümumi məntiq bacarığına malik olmalıdır. Bu baxımdan, süni şüurun mümkünlüyü texnologiya sahəsində əvvəllər qadağan mövzu kimi qəbul edilən məsələlərin açılmasına səbəb olub.
Pollan vurğulayır ki, ictimai tabular və texnologiya sahəsində qorxular süni şüur məsələsində getdikcə zəifləyir və alimlər artıq bu sahəni qorxulu fantaziya kimi görmürlər. Bununla yanaşı, hələ ki, Süni intellektin insan səviyyəsində şüur qazanması nəzəri səviyyədə qalır və praktik tətbiq üçün xeyli texniki və etik maneələr mövcuddur./BakuPost/
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta