AZ

MY yarımmüdafiəni İbrahim ilə gücləndirir

"Mançester Yunayted" klubu heyətini yenidən qurmaq planları çərçivəsində yarımmüdafiə xəttinə yeni nəfəs gətirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın hədəfində "Nottinqem Forest"in ulduz futbolçusu İbrahim Sanqare yer alıb.

İngiltərə mətbuatının məlumatına görə, klub rəhbərliyi mərkəzdəki boşluqları doldurmaq üçün bu transferi prioritet hesab edir.

Sanqarenin fiziki gücü və oyunu oxuma qabiliyyəti onun Premyer Liqada yüksək qiymətləndirilməsinə səbəb olur. Transferin yaxın müddətdə reallaşması üçün klublar arasında rəsmi təmasların qurulması gözlənilir.

Seçilən
9
1
fanat.az

2Mənbələr