Bakı, 25 fevral, AZƏRTAC
Türkiyənin “Fənərbağça” klubu heyətinə yeni futbolçu cəlb edib.
AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi “Qalatasaray”dan ayrılan Çağrı Baltanı heyətinə cəlb edib. O, “sarı-lacivərdlilər”in əsas komandası ilə məşqə də çıxıb.
17 yaşlı hücumçu “Qalatasaray” forması ilə U-19 liqasında bombardir olub.
Qeyd edək ki, Çağrı Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Hakan Baltanın oğludur.