AZ

“Aston Martin” işçi qüvvəsinin 20%-ni ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Aston Martin” işçi qüvvəsinin 20%-ni ixtisar edəcək.

Banco.azxəbər verir ki, ötən ilə dair maliyyə nəticələrini açıqlayan şirkət 2025-ci ildə vergidən əvvəlki zərərinin 363,9 milyon funt sterlin təşkil etdiyini bildirib. “Aston Martin Lagonda”nın əvvəlki ildə qeydə alınmış 289,1 milyon funt sterlin həcmində zərəri ilə müqayisədə artım müşahidə olunub. Zərərin dərinləşməsində ABŞ tarifləri və zəif tələbat əsas amillər kimi göstərilir.

Şirkət 40 milyon funt sterlin həcmində qənaətə nail olmaq məqsədilə əməkdaşlarının 20 faizini ixtisar edəcəyini açıqlayıb.

“Aston Martin Lagonda”nın İcraçı Direktoru Lourens Stroll nəticələrlə bağlı bəyanatında qeyd edib: “2025-ci ilin əvvəlində şirkətin gələcək planlarının təmin edilməsi üçün kifayət qədər resurslara malik olmasını təmin etmək məqsədilə təşkilati dəyişikliklər prosesinə başladıq və ilin sonuna doğru əlavə addımlar atmaqla bağlı çətin qərar qəbul etməli olduq. Bu son proqram işçi qüvvəmizin 20 faizədək hissəsi ilə yollarımızın ayrılması ilə nəticələnəcək.”

Şirkət ötən ilin əvvəlində də 170 əməkdaşını ixtisar edəcəyini bildirmişdi. Hazırda müəssisədə təxminən 3 min nəfər çalışır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
13
1
banco.az

2Mənbələr