Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 39 adda kitab hədiyyə olunub.
QHT.az xəbər verir ki, hədiyyə olunan kitablar sırasında türk dünyasının zəngin ədəbi və tarixi irsini əks etdirən əsərlər – Mahmud Kaşğarinin “Divani lüğət-it-türk”, Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığına dair nəşrlər, eləcə də Ulu Öndər Heydər Əliyev və Mir Cəlal Paşayevin həyat və fəaliyyətinə dair kitablar, Qarabağın tarixi-mədəni irsinə dair tədqiqatlar, türk xalqlarının eposları, poeziya antologiyaları və müxtəlif elmi əsərlər yer alır. Son beş ildə çap olunan bu nəşrlər müasir dövrün aktual elmi və ədəbi nümunələri kimi kitabxana fondunun zənginləşdirilməsinə mühüm töhfə verəcək.