ain.az, Bizimyol saytına istinadən bildirir.
ABŞ prezidenti Donald Trampın İranın nüvə silahı yaratmağa can atdığı barədəki bəyanatları əsassızdır.
Bizimyol.info xəbər verir ki, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komitəsinin üzvü, İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın elit hərbi hissələri) generalı Esmail Kosari bildirib.
"Bir tərəfdən deyirlər ki, İranın nüvə obyektlərini məhv ediblər və onlardan heç nə qalmayıb, digər tərəfdən isə hərbi əməliyyatları başlatmağa çağırır, çünki İranın atom bombası yaratmağa çox yaxınlaşdığını iddia edirlər. Bu sözlər sadəcə Trampın boş boş danışığıdır, o, bununla diqqəti öz üzərinə çəkmək istəyir," – deyə Kosari ISNA agentliyinə verdiyi müsahibədə bildirib.
General vurğulayıb ki, 26 fevralda Cenevrədəki nüvə danışıqları ərəfəsində İranın yüksək hazırlıq vəziyyətində olması və "düşmənin hərəkətlərini daim izləməsi" vacibdir. "Onlar çaşqındırlar və nə qərar verəcəklərini bilmirələr. Əgər ölkə daxilində birliyin, həmrəyliyin və bütövlüyün təmin edilsə, düşmən heç nə edə bilməz," – dyə Kosari bildirib.
Əvvəlki dövrlərdə ABŞ prezidenti, Tehranın nüvə məsələsində razılaşmalara getməsini istədiyini bildirmişdi. Lakin, o, İslam Respublikasına qarşı güc istifadə etməklə hədələməyə də davam edib.
26 fevralda Cenevrədə İran ilə ABŞ arasında nüvə məsələsi üzrə üçüncü round danışıqlar keçiriləcək. Gözlənilir ki, İranın nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ diplomatlarına isə prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək.
2003-cü ildən İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneinin verdiyi fətvaya əsasən, nüvə silahı istehsalı qadağandır. İslam Respublikasının hakimiyyəti dəfələrlə atom bombası istehsal etmə niyyətində olmadıqlarını bəyan edib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.