AZ

Kurtua səhmdar olacaq

Tibo Kurtua özünü yaşıl meydandan kənarda da sınamaq qərarına gəlib. Məşhur futbolçu tezliklə səhmdar olacaq.

"Football-plus.az" xəbər verir ki, “Real”ın qapıçısı Fransa çempionatının 2-ci divizionunda çıxış edən “Le Man”ın səhmlərini alacaq. Bu barədə klubun yaydığı məlumatda belçikalı futbolçunun həm idman, həm də media sahəsində yüksək peşəkarlığa malik olması fonunda onun gəlişinin kluba yeni nəfəs verəcəyinin gözlənildiyi bildirilir.

Xatırladaq ki, klub ötən yay “OutField” və “OakBerry” sərmayə fondlarının simasında yeni maliyyə tərəfdaşlarını elan edib. Kurtuadan əvvəl bu layihəyə tanınmış serbiyalı tennisçi Novak Covokoviç, həmçinin “Formula-1”in sabiq pilotları Felipe Massa ilə Kevin Maqnussen də qoşulub.

Klubun qarşısına qoyulan əsas məqsəd hazırda Liqa 2-də 5-ci yerdə olan komandanın mövqeyini qorumaq və nəticə etibarilə yenidən Liqa 1-ə qayıtmaqdı.

Seçilən
29
1
football-plus.az

2Mənbələr