AZ

Rusiya Kiyevdə axtarır, amma yoxdur Zelenski

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Böyük Britaniya və Fransaya qarşı irəli sürdüyü ittihamlara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, Kiyevdə heç bir nüvə silahının olmadığını deyib.

“Adətən, Rusiya döyüş meydanında qalib gələ bilməyəndə, onlar Ukrayna ərazisində nüvə silahı axtarmağa başlayırlar. Təəssüf ki, bu, bizdə yoxdur. Ukraynanın bu silahlara nə vaxt sahib olduğunu və nə vaxt artıq sahib olmadığını bilirsiniz”, – deyə Zelenski qeyd edib.

Xatırladaq ki, fevralın 4-də Rusiyanın Xarici Kəşfiyyat Xidməti Britaniya və Fransanın Ukraynanı nüvə bombası ilə silahlandırmağa hazırlaşdığını açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
globalinfo.az

1Mənbələr