AZ

Masallıda İcra başçısı Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi » AzadMedia.az


Masallı Rayon İcra Hakimiyyəti tərəfindən 25 fevral 2026-cı il tarixində Güllütəpə ərazisində təşkil olunmuş səyyar vətəndaş qəbulundan sonra rayonun icra başçısı Araz Əhmədov xeyriyyəçilərin təşəbbüsü və maliyyə dəstəyi əsasında inşasına start verilmiş mərasim evində görülən tikinti-quraşdırma işləri ilə yerində tanış olmuşdur.

Ziyarətdə rayon rəhbəri ilə yanaşı,başçının birinci müavini Tohid Hüseynov, aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, Memarlıq-tikinti məsələləri sektorunun müdir vəzifəsini müvəqqəti icra edən Zamin Kazımov, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və sakinlər iştirak ediblər.

Şəhidlərin məzarları önünə tər gül dəstələri qoyulmuş, onların əziz xatirəsi ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuşdur. Bildirilmişdir ki, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən Vətən övladlarının xatirəsi daim uca tutulur, onların ailələri dövlət qayğısı ilə əhatə olunur.

Seçilən
18
1
azadmedia.az

2Mənbələr