AZ

Sabah ABŞ-Ukrayna görüşünün növbəti raundu keçiriləcək

Fevralın 26-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ Prezidentinin elçisi Stiv Vitkov və Trampın kürəkəni Cared Kuşner ilə görüşəcək.

Editor.az xəbər verir ki, “GORDON” nəşrinin məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlayıb. Dövlət başçısı qeyd edib ki, bu, Amerika tərəfi ilə ikitərəfli görüş olacaq. Ukrayna tərəfini həmçinin iqtisadiyyat naziri Aleksey Sobolev təmsil edəcək. “Birinci məsələ yenidənqurma paketidir, yəni Ukraynanın bərpa paketidir və onlar bunun detallarını müzakirə edəcəklər. İkinci məsələ: onlar Rusiya ilə keçiriləcək [sülh danışıqlarının bir hissəsi kimi] üçtərəfli görüşə hazırlaşacaqlar. Və biz inanırıq ki, bu, martın əvvəlində olacaq. Üçüncüsü: Mən Umerova tapşırıq verdim; o, mübadilənin detallarını müzakirə edəcək. Biz bu humanitar sahədə müsbət nəticəyə çox ümid edirik”, – deyə prezident bildirib.

Fevralın 24-də Vitkov həmçinin Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Umerovla ayrıca görüş elan edib. O, danışıqların yaxın günlərdə İsveçrənin Cenevrə şəhərində baş tutacağını bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr