AZ

“Xiaomi” “Apple” məhsuluna alternativ təqdim etdi


“Xiaomi” itirilmiş əşyaları tapmaq üçün “Bluetooth” izləyicisi olan “Xiaomi Tag”ı təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, cihaz həm iOS, həm də “Android”i dəstəkləyir, lakin hazırda yalnız Malayziyada mövcuddur.
Yeni məhsul “Apple AirTag”, “Samsung Galaxy SmartTag” və digər oxşar cihazlara rəqib kimi təqdim olunur. “Xiaomi Tag”, “Apple”ın “Find My” və “Google”ın “Find Hub” şəbəkələri ilə uyğunlaşır və bu da onu müxtəlif əməliyyat sistemləri ilə işləyən cihazlarla istifadə etməyə imkan verir.
İzləyicinin çəkisi 10 qram, qalınlığı isə 7,2 mm-dir. İstehsalçı daxili batareyasından bir ilə qədər batareya ömrü vəd edir.
Seçilən
32
yeniavaz.com

1Mənbələr