AZ

İran prezidenti Cenevrədə keçiriləcək danışıqlara ümid bəsləyir

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

İran prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə danışıqları üçün "yaxşı perspektivlər" gördyünü və bunun növbəti mərhələsinin Cenevrədə keçiriləcəyini bildirib.

Reyting.az xəbər verir ki, Pezeşkian İranın dövlət televiziyasına açıqlamasında danışıqlar üçün yaxşı perspektivlər görürdüyünü deyib.

Fevralın 26-da İran və ABŞ arasında ölkənin nüvə proqramı ilə bağlı vəziyyəti həll etmək üçün dolayı danışıqların üçüncü mərhələsi Cenevrədə keçiriləcək. İranın xarici işlər naziri artıq məsləhətləşmələrdə iştirak etmək üçün İsveçrəyə uçub.

Xatırladaq ki, yanvar ayında Ağ ev İslam Respublikasına qarşı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərdarlıq etmişdi. Daha sonra Vaşinqton Tehranın danışıqlar masasına oturacağına və nüvə silahlarından tamamilə imtina da daxil olmaqla "ədalətli və bərabər" bir razılaşmaya gələcəyinə ümid etdiyini bildirib. İran hakimiyyəti dəfələrlə atom bombası hazırlamaq niyyətində olmadığını bəyan edib.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
reyting.az

1Mənbələr