ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rus ordusu Ukraynanın Xarkov və Çerniqov vilayətlərindəki “Naftogaz”şirkətinin obyektlərinə ardıcıl ikinci gündür hücum edir.
Reyting.az-ın məlumatına görə, bu barədə şirkətin İdarə Heyətinin sədri Sergey Koretski “Facebook”-da yazıb.
Onun sözlərinə görə, ruslar təxminən 60 hücum dronundan istifadə edib.
"Təhlükəsizlik vəziyyəti imkan verən kimi şirkət mütəxəssisləri Dövlət Fövqəladə Hallar Xidməti ilə birlikdə nəticələri qiymətləndirəcək və cavab tədbirlərinə başlayacaqlar", - deyə “Naftogaz”-ın baş direktoru əlavə edib.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.