Rusiya İstintaq Komitəsinin məlumatına görə, fevralın 25-də Rusiyanın Smolensk bölgəsindəki Dorogobuj kimya zavoduna dronlar hücum edib.
Rusiya rəsmiləri partlayıcı qurğularla silahlanmış ən azı 30 dron olduğunu iddia edirlər. Hücum nəticəsində yeddi nəfər həlak olub, ən azı 10 nəfər yaralanıb. Zavodun infrastruktur elementləri, yanğınsöndürmə məntəqəsi binası və yanğınsöndürmə maşını da zədələnib.
Viloyat qubernatoru Vasili Anoxin yaxınlıqdakı kənd sakinlərinin təxliyəsinin nəzərdən keçirildiyini açıqlayıb.
Eksilenavo+ monitorinq kanalı əvvəllər kimya zavoduna edilən hücum barədə məlumat verərək zavodun ərazisində baş verən yanğının foto və videolarını yayımlayıb.
//Samir Qurbanov, Editor.az