AZ

Qəbələdə “Ford” qəza törədib, sürücü hadisə yerində ölüb

Qəbələ, 25 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 18 radələrində Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
32
7
azertag.az

10Mənbələr