AZ

Qəbələdə ağır qəza: sürücü hadisə yerində öldü

Bakı.Trend:

Bu gün saat 18 radələrində Qəbələ rayonunun Məmmədağalı kəndiərazisində “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraqağaca çırpılıb.

Trend-inməlumatına görə, hadisə nəticəsində sürücü, 24 yaşlı NuranMuradasılov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb,araşdırmalar aparılır.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr