AZ

Berbokdan biabırçılıq: Qrenlandiya lə bağlı səhvi baha başa gəldi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

BMT Baş Assambleyasının sədri, Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok müsahibə zamanı Qrenlandiyanı səhvən Avropa İttifaqının üzvü kimi təqdim edib.

Globalinfo.az xəbər verir ki, məlumata görə, siyasətçi jurnalist Sandra Mayşberqerə verdiyi müsahibədə Qrenlandiyanın Aİ ərazisi olduğunu bildirib və adanın ABŞ və Avropa üçün strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.

Jurnalist onun sözlərini dərhal düzəldərək Qrenlandiyanın Avropa İttifaqına daxil olmadığını xatırladıb. Buna baxmayaraq, Berbok əvvəlcə fikrində israr edib.

Daha sonra o, qrenlandiyalıların Aİ vətəndaşları olduğunu və adanın Aİ-nin xarici sərhədlərindən biri sayıldığını iddia edib. Alman mətbuatı isə bu fikirlərin doğru olmadığını qeyd edib. Bildirilib ki, Qrenlandiya Avropa İttifaqının üzvü deyil, yalnız Danimarka Krallığına bağlı assosiativ ərazilərdən biridir və Aİ-nin xarici sərhədi hesab olunmur.

Qeyd edək ki, həm Qrenlandiya, həm də Farer adaları Danimarkanın tərkibində olsa da, Avropa İttifaqına daxil deyil. Danimarka isə 1973-cü ildən Aİ üzvü olsa da, bəzi sahələr üzrə xüsusi istisnalara malikdir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
globalinfo.az

1Mənbələr