AZ

ABB sahibkarlar üçün ƏSL CƏHƏNNƏMDİR – fırıldaqçı əcnəbilər BİZİMKİLƏRİ ƏZİRSƏ…

ABB-ı həqiqətən sahibkarlar üçün əsl cəhənnəmə çevrilib…

NOCOMMENT.az xəbər verir ki, bunu AZBank Klubu sosial qrupundakı paylaşımında Ayaz Səmədzadə adlı iş adamı qeyd edir.

Narazı vətəndaş daha sonra bildirir: “Deməli, 16.01.2026-cı il tarixində hotelimizə İngiltərə vətəndaşı yaxınlaşaraq “cheak inn” edib. Qonağın rezervasiya tarixləri 16 yanvardan 1 fevrala kimidir. Boking.com üzərindən etdiyi rezervasiya üçün 4295 azn “reseption”da “cheak inn”dən 1 gün sonra 17 yanvar tarixində post terminalda NFC vasitəsi ilə ödəniş edir. 15 gündən artıq qaldığına görə 10 gün sonra qonağı ailəsi ilə birgə miqrasiyada edirik. Qonaq ölkəsinə qayıtdıqdan sonra ödəniş etdiyi kart üzrə məlum bankına yaxınlaşaraq “charge back” açaraq ödənişini tələb edib. Səbəb kimi də qeyd edib ki “spa” xidməti olmayıb. 13.02.2026 cı il tarixdə müraciət daxil olub. ABB mənə mail göndərib 17 yanvarda 18 yanvar tarixində də şirkətimizin hesabından 4414 azn vəsait silib. Bank bizə dəlilləri sübutları təqdim etməyimiz üçün 10-30 gün vaxt verməli idi. Lakin 17-si mail yazıb 18-i vəsaiti silib. Qaydalara əsasən “nfc pin”siz əməliyyat olsa da, 3D security sistemi olmasa da, bu ödəniş metodu müştəri tərəfindən edilməsinə görə “Fraud hall” deyil.

Ən pisi odur ki ABB bank əməkdaşı mənə deyir ki siz ona hansı otağı vermisiz onun rezervasiyasında “spa” xidmətləri varıydı?

Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABB bu sualı siz verməli deyilsiz. Əvvala qonağın rezervasiyasında nə varsa, ona o təqdim edilib. Qonaq hoteldə 1 gün qaldıqdan sonra ödəniş edib. Etirazı olan şəxsin xidmətdən istifadə etməmək üçün 24 saatdan çox vaxtı olub. 16 gün hoteldə qalan birisi sadəcə Azərbaycan banklarında olan boşluqları bildiyi üçün dələduzluq etmək istəyir ki vəsaiti geri alsın. Bu ölkəmizdə ilk hal deyil. Hər il nə qədər vəsaiti belə geri ala bilirlər. Bank əməkdaşı mənə “onun reservasiyasında “spa” xidməti olub?” kimi sual verməsi bank işindən anlayışın olmamasından xəbər verir. Onun rezervasiyasında nə var-nə yox bunun üçün boking var… müraciəti ora etməlidir. Lakin müştərisi olduğum ABB bankı kobud pozuntu edərək hesabımızdan vəsaiti haqqsız yerə silmişdir. Bütün sahibkarlara da müraciət edirəm: bu bankdan uzaq durun.

Əcnəbinin dələduzluğa cəhdi barədə isə inanıram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hüquqi çərçivədə ölçü götürərək Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə məlumat verər…” /DİA-AZ/

Seçilən
12
nocomment.az

1Mənbələr