Göyçayın ən böyük yaşayış məntəqələrindən biri olan Potu kəndinin qəbiristanlığına su dolub, qəbirlər suyun içində qalıb.
Xezerxeber.az-ın məlumatına görə, mərhumların yaxınları xəbəri eşidən kimi məzarlığa gəliblər.
Məlum olub ki, ərazini su basması nəticəsində bir neçə qəbir yararsız hala düşüb.
Məlumat veriləndən sonra aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub. Bildirilib ki, qəbiristanlığa su dolması yaxınlıqdakı sahənin suvarılmasından sonra olub.
O da qeyd edilib ki, gələcəkdə belə halların baş verməməsi üçün indidən tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.