AZ

Oğuz meşəsində 40 ağacı kəsən tutuldu

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Oğuzun Muxas kəndindəki meşə massivində 40 ədəd müxtəlif növ ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb. 

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
lent.az

1Mənbələr