AZ

“Qırmızı bülleten”lə axtarılan rusiyalı Kolumbiyada ƏLƏ KEÇDİ

Kolumbiyada terrorçuluqda ittiham olunan Rusiya vətəndaşı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Kolumbiya Milli Polisi məlumat yayıb.

ABŞ tərəfindən terrorçuluq ittihamı ilə beynəlxalq axtarışa verilən Rusiya vətəndaşı Denis Alimov Kolumbiyada hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

D.Alimov Boqota şəhərindəki “El-Dorado” beynəlxalq hava limanında ələ keçib.

Bildirilir ki, saxlanılma prosesi ABŞ hakimiyyətinin sorğusu əsasında İnterpol tərəfindən verilmiş “qırmızı bülleten”ə uyğun olaraq həyata keçirilib.

Hazırda saxlanılan şəxsin ABŞ-yə ekstradisiya edilməsi ilə bağlı hüquqi prosedurlar nəzərdən keçirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr