Cənubi Amerikanın mineral sərvətləri ilə tanınan ölkəsi Surinam mineral sərvətləri ilə qlobal iqtisadi bazarları sarsıda biləcək kəşfə ev sahibliyi edir. Metbuat.az xəbər verir ki, Kanadalı mədən şirkəti tərəfindən aparılan qazma əməliyyatları zamanı nəhəng qızıl yataqları aşkar edilib. Əvvəllər qazıntı aparılmayan ərazidə edilən bu kəşfin qlobal qızıl ehtiyatı balansını potensial olaraq dəyişdirə biləcəyi müzakirə olunur. Kəşf, "Qviana qalxanı" bölgəsində edilib. Alimlər qeyd edirlər ki, bu ərazidəki qədim qırılma xətləri zamanla qızılla zəngin mayelərlə dolub. Mütəxəssislər, kəşf edilən metalın təmizlik səviyyəsinin mədən sənayesində nadir hallarda görülən səviyyədə olduğunu bildiriblər. Surinamın cənub-şərqindəki yerləşən “Maria Geralda” yatağındakı hər tonun 11,88 qram qızıl ehtiva etdiyi iddia edilib.